Rusiya məhkəməsi Rusiyanın QAZ şirkətinin iddiası əsasında Almaniyanın "Volkswagen" şirkətinə 16,9 milyard rubl (təxminən 193 milyon dollar) təzminat cəzası kəsib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində məhkəmədə keçirilən prosesdə QAZ-ın "Volkswagen"ə qarşı qaldırdığı iddiaya baxılıb.
"Volkswagen"in GAZ-a maddi ziyan vurduğu qənaətinə gələn məhkəmə, Almaniya şirkətinə 16,9 milyard rubl təzminat cəzası kəsib.
GAZ "Volkswagen"i davam edən müqavilələrdə istehsal və hissələrin daşınması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib.
"Volkswagen" 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir rus şirkətinə sataraq ölkədən çıxdığını açıqlayıb.
Qeyd edək ki, Rusiyanın ticarət naziri Anton Alxanov dünən verdiyi açıqlamada "Volkswagen"in Kaluqadakı köhnə fabrikində kütləvi avtomobil istehsalına başlanıldığını açıqlayıb.
Malik Atilay