Salvador höküməti minlərlə məhbusu icbari işlərə cəlb etmək fikrindədir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele özünün sosial şəbəkə hesablarının birində məlumat verib.
Salvador liderinin fikrincə, minlərlə təhlükəsiz məhbus hazırlıq keçdikdən sonra ictimai işlərə cəlb ediləcəklər. Bura şəhərlərin təmizliyi, sosial mülklərin təmiri və rənglənməsi, tikiş fabrikində və kənd təsərrüfatında işlər və s. daxildir.
Qeyd edək ki, hökümət hələ 2022-ci ildə ölkədə cinayətkarlıqla mübarizə məqsədilə fövqəladə vəziyyət elan etmişdi. Həmin vaxtdan indiyədək hüquq-mühafizə orqanları müxtəlif cinayətlərdə şübhəli bilinən 75 min insanı həbs edib. Bu, cəmi 6,5 milyon əhalisi olan bu mərkəzi Amerika dövləti üçün böyük rəqəmdir. Maraqlıdır ki, həbs olunanların saxlanması üçün qısa zamanda Amerika qitəsində ən böyük hesab olunan 40 minlik həbsxana tikilmişdi.
L.Tağıyeva