İtaliya "Eurofighter" markalı 24 qırıcı təyyarə almağı planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi açıqlama yayıb. 24 qırıcı üçün 11 il ərzində 7,5 milyard avro vəsait ayrılacaq.
Təyyarələrin alınmasında məqsəd ölkənin Hərbi Hava Qüvvələrinin köhnəlmiş texnikasını yeniləməkdir.
Qeyd edək ki, İtaliya ordusu 160.900 nəfər şəxsi heyət və 33,1 milyard dollarla hazırda dünyanın ən güclü ordularından biri hesab olunur.
L. Tağıyeva