
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi prezident Co Baydeni namizədlikdən çəkindirə biləcək şəxs ola bilər.
525.az xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Vurğulanıb ki, Nümayəndələr Palatasının demokratları Baydenin 2024-cü il seçkilərində qalib gəlmək qabiliyyətindən ciddi narahatlıq keçirirlər.
Buna görə də Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosini onu yenidən seçilməkdən imtina etməyə məcbur etmək üçün potensial qüvvə kimi baxırlar.
Qeyd olunur ki, Pelosi Amerika hökumətinin “veteranı”dır. Bundan əlavə, ABŞ prezidenti Pelosiyə hörmətlə yanaşır. Bu amillər Baydenin seçki yarışından imtina etmək barədə potensial qərarına təsir göstərə bilər. Həmçinin, Pelosinin polad xarakterə malik olduğu da vurğulanıb.
Pərvanə Sultanova



