
Əlcəzair lideri Əbdülməcid Tebbun respublikada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Əlcəzair liderinin ofisi məlumat yayıb.
Qeyd edək ki, mart ayında dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edib.
Növbədənkənar seçkilər 2024-cü il sentyabrın 7-də keçiriləcək.



