NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-nin paytaxtında keçirilən NATO-nun 75-ci Sammitində bəyan edib ki, onlar müttəfiqlər kimi Ukraynanın Rusiyaya qalib gəlməsi üçün “vacib təməl daşına çevriliblər” və “lazımi addımlar atılıb”.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən NATO dövlət və hökumət başçıları sammitinin sonuncu günü mətbuat konfransı keçirib.
Ukraynanın hərbi dəstək verməsindəki gecikmələrə görə çətin bir qış və yaz dövrü keçirdiyini ifadə edən Stoltenberq: "Ancaq bunun bir daha baş verməsinə icazə verməyəcəyik. Ukraynanın qalib gəlməsi üçün lazımi addımlar atılıb", - deyə qeyd edib.
Malik Atilay