Paris Olmipiadasında iştirak etmək istəyən və lisenziya xarakterli turnirlərə buraxılmayan rusiyalı atletlərə kompensasiya ödəniləcək.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Olimpiya Komitəsi bu halla üzləşən 240-dan çox idmançıya kompensasiya ödəyəcək.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançıların olimpiadada ancaq neytral statusla iştirakına icazə verib. Hazırda BOK-nun dəvətini qəbul edən və Paris Olimpiadasına qoşulacaq 16 rus idmançı var.
L.Tağıyeva