|
|
|
|
Qazaxıstanın Baykonur kosmodromunda 3 avropalı turist saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar qanunsuz olaraq kosmodromun sahəsinə girmək istəyiblər.
Saxlanılanlardan 2-i Niderland, biri isə Belçika vətəndaşı olub. Onlara administrativ cəza təyin edilib.
Xatırladaq ki, Baykonurda bənzər hadisə ötən ay da baş vermişdi. Həmin vaxt 2 fransalı turist kosmodromun ərazisinə daxil olmağa cəhd etmişdilər.
L.Tağıyeva