
Sankt-Peterburqda həyətyanı sahəsində ayı saxlayan qadın faciəli şəkildə həlak olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2 ayını əhliləşdirən qadın onlardan birinin hücumuna məruz qalıb. Nəticədə qadın həyatını itirib.
Digər ayı qəfəsdə olduğundan insanlara təhlükə yaratmayıb.
Hadisə yerinə gələn polislər ayını güllələmək məcburiyyətində qalıblar.
Yeri gəlmişkən, 4 gün əvvəl də başqa bir qadın ayının qurbanı olmuşdu. Rumıniyanın Praxova əyalətində gəzintiyə çıxan cütlük vəhşinin hücumuna məruz qalmışdı. Oğlan sağ qalsa da, ayı gənc qızı parçalamışdı.
L.Tağıyeva



