Estoniya hökumətinin başçısı Kaja Kallas istefa verəcək.
525.az xəbər verir ki, bu barədə “ERR” portalı məlumat yayıb.
Qeyd olunub ki, xanım baş nazir istefa ərizəsini bazar ertəsi, iyulun 15-də ölkə prezidentinə təqdim edəcək.
“İslahat” Partiyasının sədri olan Kallas daha əvvəl Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə namizəd seçilib. Baş nazir istefa versə, bütün hökumət istefaya gedəcək.
Prezidentin hökuməti qurmaq üçün baş nazir postuna növbəti namizədi nə vaxt dəvət edəcəyi hələlik məlum deyil.
Yeni hökumətin iyulun sonu və ya avqustun əvvəlində işə başlayacağı gözlənilir. Hələlik neçə nazirin dəyişdiriləcəyi məlum deyil.
Pərvanə Sultanova