
Gələn ilin əvvəlindən Gürcüstanla ABŞ arasında münasibətlər əhəmiyyətli dərəcədə dəyişəcək.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Gürcüstan “xarici agentlər” haqqında qanunu qəbul etdikdən sonra ABŞ viza məhdudiyyətləri tətbiq edib və Gürcüstandakı birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.
“Əminəm ki, haradasa ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə dəyişəcək”, – Baş nazir bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlərin sağalması və yenidən qurulması lazımdır və ABŞ-nin son qərarları buna kömək etmir.



