|
|
|
|

Avqustun 5-də tanınmış bəstəkar, türk birliyi, vətənpərvərlik mövzusunda bir çox bəstələri ilə bilinən Sevinc Tofiqqızı yüksək mükafata layiq görülüb.
525.az xəbər verir ki, Beynəlxalq Psixologiya Akademiyası tərəfindən fəxri doktor adına layiq görülən bəstəkara "Fəxri doktor" diplomu və qızıl medal təqdim edilib.
Sevinc Tofiqqızı onu bu ali mükafata layiq gördükləri üçün Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala və Elmi şura üzvlərinə öz minnətdarlığını bildirib. Bəstəkar qeyd edib ki, layiq görüldüyü bu fəxri ad, ali mükafat Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin bariz nümunəsidir.
Mükafatın təqdimetmə mərasimində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Azərbaycan Ukrayna Alyansının sədri Elmar Məmmədov bəstəkar Sevinc Tofiqqızını təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.



