https://525.az/img/pics/medium/2025-04/350700_bjn7qt21xl.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2021-10/204680_fjqs1uwj6e.jpg Xaricdə təhsilə dair Dövlət Proqramı: nəticələr gələcəyə ümidləri artırır
https://525.az/img/pics/medium/2024-01/298151_qqtojxxzfp.jpg Sözü silah, silahı söz... - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ticarət müharibəsi və bazar rəqabəti - Tel­man Oru­cov yazır
search
24 Aprel 2025

"Bundan sonra daha çətin olacaq"

"Bundan sonra daha çətin olacaq"

"Millinin oyunları ilə əlaqədar fasilə olmuşdu. Həmişə milli fasilədən sonra oynamaq çətin olur. Sevindim ki, futbolçularım tonusdan düşməyib. Bu gün yaxşı mübarizə apardıq". 

QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 6-cı turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibi tanıyırıq. Bilirdik ki, onlar da qalib gəlmək istəyir. Xallarımız yaxın idi. Çempionatın əvvəlidir. Oyuna yaxşı başladıq. İlk hissədə ikinci qola daha yaxın idik. Futbolçularımın çıxışı məni sevindirdi. Futbolçularımızdan tələblərimiz var. Oyundan-oyuna bunu daha yaxşılaşdırmalıyıq. Xallarımızın üstünə xal gəldi. Evdə, azarkeşlərimiz qarşısında oynayırdıq. Çox sevinirəm ki, onları sevindirdik. Azarkeşlərimizə təşəkkür edirəm.  Bundan sonra daha çətin olacaq. Növbəti matçlara hazırlaşmaq lazımdır" - deyə o bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.