https://525.az/img/pics/medium/2025-07/358980_b958tua4n4.jpg Bakıda 40 dərəcə isti - SABAHIN HAVASI
https://525.az/img/pics/medium/2025-07/358972_cr31xbafbj.jpg Dünya çempionu müəyyənləşir – Avropa nəhəngləri finalda
https://525.az/img/pics/medium/2025-07/358971_g7zhz161hd.jpg Ərdoğandan sərəncam - TRT rəhbəri dəyişdi
https://525.az/img/pics/medium/2025-07/358961_h99hl018u5.jpg Deputat: Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır
search
13 İyul 2025
12 İyul 2025

"Qarabağ”ın hücumçusunun Avroliqa siyahısından kənarda qalma səbəbi

"Qarabağ”ın hücumçusunun Avroliqa siyahısından kənarda qalma səbəbi

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Redon Cicanın adının Avropa Liqasının sifariş ərizəsinə salınmamasının səbəbini açıqlayıb.

QOL.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov keçirdiyi son mətbuat konfransına bununla bağlı suala cavab verib.

O deyib ki, Avroliqada sistemdə legioner və əsas oyunçuların say məhdudiyyəti var: "Ona əməl etməliyik. Siyahıya əlavə edə bilmərik artığını. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cicaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram. Ona görə çox üzüldüm. Hamı başa düşməlidir. O da məni başa düşür. Siyahıdan Nəriman və Musanı çıxarıb, onun adını sala bilmərəm. Çıxarsam də, yerləri boş qalacaq. Hücum xəttində dəyişiklik edə bilirəm. Ona görə Cicanı siyahıdan çıxardıq. Qalan mövqelərdə hər zonada 2 oyunçumuz qalıb. Belə oldu. Cicadan hansısa narazılığım, inamısızlığım yoxdur. Aktiv də məşq edir. İntizamlı oyunçudur. Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla şansı daha çox olacaq”.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.