https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Millinin son 2 məğlubiyyəti haqda Qurban Qurbanov nə dedi?

Millinin son 2 məğlubiyyəti haqda Qurban Qurbanov nə dedi?

Qarabağ”ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov Azərbaycan millisinin son iki oyundakı məğlubiyyəti barədə ona ünvanlanan sualı cavablandırıb.

 

Millətlər Liqasının ilk iki turunda milli komandamız İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabı ilə uduzub.

QOL.az xəbər verir ki, dünən “Səbail”ə qarşı keçirilən Premyer Liqa matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında Q.Qurbanova belə bir sual ünvanlanıb:

Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?

Qurban Qurbanov buna cavab olaraq deyib: 

“Buna fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Bunu daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.