“Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyevanın Türkiyədə yeni kitabı çap olunub.
Türkiyənin tanınmış nəşriyyatı olan “Ketebe” yayımları Türk dünyası ədəbiyyatı silsiləsi çərçivəsində kitablar dərc edir. Çingiz Aytmatovun bütün əsərlərini Türkiyə türkcəsində yayımlayan nəşriyyat hal hazırda tanınmış Xalq Yazıçısı Anarın əsərlərinin dərcinə də davam etməkdədir. Bununla bərabər Pərvin Nurəliyevanın bədii əsərlərini də yayımlamağa başlayan nəşriyyat onun “Ağlama, qar yağacaq” adlı pyes və hekayələrdən ibarət yeni kitabını oxucuların ixtiyarına vermişdir.
Kitabın tərcüməsi yazıçı, Türk Ədəbiyyatı Jurnalının baş redaktoru İmdat Avşardır.
Bundan əlavə Pərvinin Türkiyədə beş kitabı işıq üzü görüb.
Onun daha əvvəl “Hava limanı”, “Kadın” və “Çağının önündə bir yazar- Anar” adlı kitabı Türk Ədəbiyyatı Vəqfi tərəfindən, “Balerin” adlı əsəri Ağçağ nəşriyyatı tərəfindən, “Anarın dünyası” adlı kitabı da Bengü nəşriyyatı tərəfindən çap olunmuş və geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.
Ayrıca Türkiyədə onun “Mən öləndə ağlama” adlı pyesi də Türkiyə teatrında səhnələşdirilib.
Azərbaycanı Türk dünyasında layiqincə təmsil edən yazıçıya yaradıcılıq zirvələri arzu edirik.
Aysel Səfərli