https://525.az/img/pics/medium/2023-06/271184_nf7tf8y9tp.jpg Sarı Aşığın ruh qovşağında - Ələsgər Əlioğlu yazır
https://525.az/img/pics/medium/2025-02/344915_nm4jggrus4.jpg Dil və din münasibətləri - İmran Verdiyev yazır
https://525.az/img/pics/medium/2025-02/344909_e3kynidlsd.jpg Xərçəngdən də ağır xəstəlik - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2025-05/353503_ibba3j7dgn.jpg Vaqif Bəhmənli - sinəsində söz göyərdən şair - Vaqif Bəhmənli - 70
search
20 May 2025

"Komandam xarakter göstərdi"

"Komandam xarakter göstərdi"

"Paltardəyişmə otağında futbolçularıma bildirdim ki, hər iki hissənin ilk dəqiqələrini uduzduq. Amma ümumi götürdükdə xarakter göstərdik və oyunçuların mübarizələrindən razı qaldım".

QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 6-cı turunda bu gün "Sabah"la keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.

Türkmənistanlı mütəxəssis 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Azarkeşlərimizə təşəkkür edirəm. Hər yerdə onların dəstəyini hiss edirik. İkinci hissədə bəzi futbolçuların yanlış mövqeyi rəqibə bundan istifadə etməyə imkan verdi. “Sabah” bu işi yaxşı bacarır. Bir daha deyirəm ki, göstərdikləri xarakterə görə komandama minnətdaram".

Baş məşqçi matçın sonlarında sayılmayan qolları haqda da danışıb: "Hakim topun meydanı tərk etdiyini söylədi. Amma onun bunu necə müəyyənləşdirdiyi sual olaraq qalır. Artıq qərar verilib".

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.