|
|
|
|

"Arsenal"ın futbolçusu Rahim Sterlinq unikal göstəriciyə imza atıb.
QOL.az xəbər verir ki, bu yay “Çelsi”dən transfer edilən yarımmüdafiəçinin rekordu Çempionlar Liqasının 1-ci turunda “Atalanta” ilə oyunda (0:0) qeydə alınıb. Sterlinq görüşün ikinci hissəsində meydana daxil olub.
O, 4 fərqli klub ilə Çempionlar Liqasında oynayan ilk ingiltərəli futbolçu olub. Sterlinq daha əvvəl “Liverpul”, “Mançester Siti” və “Çelsi” ilə turnirdə meydana çıxıb.



