https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

"Dünya çempionatı - 90"ın ən yaxşı futbolçusu vəfat etdi

"Dünya çempionatı - 90"ın ən yaxşı futbolçusu vəfat etdi

1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının ən yaxşı futbolçusu və bombardiri Salvatore Skilaççi 59 yaşında dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu 2 il əvvəl yoğun bağırsağın xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, 2 dəfə ağır əməliyyat keçirmişdi.

Qeyd edək ki, Salvatore Skilaççi karyerası ərzində İtaliyanın "Yuventus", "İnter" və "Messina" komandalarının, həmçinin, "Cubila İvata"nın (Yaponiya) şərəfini qoruyub, 2 dəfə UEFA Kubokunun, 1 dəfə İtaliya Kubokunun qalibi olmaqla yanaşı, Yaponiya çempionu adını da qazanıb.
İtaliya millisində 16 oyun keçirən və 7 qol vuran mərhum futbolçu komandasının heyətində 1990-cl il mundialının bürünc medalına sahib çıxıb.

L.Tağıyeva

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.