https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Gimnastlarımızdan Portuqaliyada 4-cü qızıl medal

Gimnastlarımızdan Portuqaliyada 4-cü qızıl medal

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar.

525.az xəbər verir ki, Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq cütlüyümüz yüksək nəticə göstərərək qarışıq hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, təmsilçilərimiz daha əvvəl qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələməyi bacarmışdı. Kişilərdən ibarət cütlük - Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.