https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

"O qədər bərbad vəziyyətdə deyilik"

"O qədər bərbad vəziyyətdə deyilik"

"Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heçnədən penalti verildi. "Sabah"ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi".

QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 7-ci turunda “Sabah”a 2:4 hesabla məğlub olduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, komandasından razı qaldığını qeyd edib: "Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodları yaratdıq. Komandadan narazılığım yoxdur. İrəliyə baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq".

O, autsayderlər haqda danışmağa hələ tez olduğunu deyib: "Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qarşıdadır. Autsayderlər tam formalaşmayıb. Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgün yoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var. Mən öz komandamdan danışıram. Heç bir komanda haqda danışmaq istəmirəm. Oyunumuz var və nəticə də gələcək".

Mütəxəssis azarkeşlərin oyun bitməmişdən biraz öncə getməklərinə baxmayaraq, komandaya inamlarının bitmədiyini bildirib: "Azarkeşlər nəticə və qollarla yaşayır. Hesaba görə, bunu etmək normaldır. Onlar hətta 2:4-olanda da bizdən geridönüş gözləyirdilər. Bu azarkeşlərin ixtiyarına buraxılan şeydir. Qələbədən uzaq olduğumuzu görüb getdilər. O qədər bərbad vəziyyətdə deyilik".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.