https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Nokauta düşən Coşua milyonlar qazanacaq

Nokauta düşən Coşua milyonlar qazanacaq

Böyük Britaniyalı ağır çəkili boksçu Entoni Coşua bu yaxınlarda həmyerlisi Daniel Dyubuaya uduzsa da, onu böyük məbləğdə mükafat gözləyir.

QOL.az xəbər verir ki, "Uembli" stadionunda 96 min tamaşaçı önündə keçirilən IBF versiyaysı üzrə döyüşdə nokautla uduzan Coşua rəqibindən iki dəfə artıq mükafat alacaq.

"Sporty Salaries"in məlumatına görə, Coşua 6 milyon funt-sterlinq qazanacaq. Dyubuada isə bu məbləğ təqribən 3,5 milyon funt-sterlinq olacaq.

Yayım hüquqlarından gələcək pullarla birlikdə isə Coşuanın 25, Dyubuanın isə 10 milyon funt-sterlinq qazanacağı bildirilib.

Xatırladaq ki, 12 raund nəzərdə tutulan qarşılaşma artıq 5-ci raundda başa çatıb. Dyubua Coşuanı nokauta göndərməklə qələbə qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.