|
|
|
|

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Tottenhem"ə qarşı keçiriləcək oyununu fransalı hakimlər briqadası idarə edəcək.
525.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Villi Delajoda tapşırılıb. Ona Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.
VAR-da Benua Miyo, AVAR-da isə avstriyalı Alan Kicas yer alacaq.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



