https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

525.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, burada aparılan yenidənqurma işlərinin gedişatı ilə maraqlanan nazir prosesin keyfiyyətli və sürətli aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

O, Qax Olimpiya İdman Kompleksinin vəziyyəti ilə də tanış olub. Buradakı məşq və yarış zallarına, stadiona, üzgüçülük hovuzuna baxış keçirilib. F.Qayıbov komplekslərdə mövcud idman bölmələrində fəallığın və peşəkar yanaşmanın artırılması, idman qurğularının daha səmərəli və effektli idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Nazir həmçinin Respublika Olimpiya İdman Liseyinin Qax filialının fəaliyyəti ilə maraqlanıb. Nazir buradakı şərait, qarşıda duran işlər barədə məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, lisey şagirdləri ilə söhbət edib, onların tədris və məşq şəraitləri ilə maraqlanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.