|
|
|
|

Azərbaycanın çimərlik voleybolçuları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Ermənistan təmsilçilərini məğlub ediblər.
525.az-a Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, kişilərdən ibarət komandamız hər iki setdə çətinlik çəkmədən qalib gəlib.
Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü 2:0 (21:15, 21:13) hesablı zəfəri bayram edib.
Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.



