https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
search
3 İyul 2026

“Baku World Challenge”in qalibləri müəyyənləşdi

“Baku World Challenge”in qalibləri müəyyənləşdi

Noyabrın 1-də “Baku World Challenge” avtomobil yarışlarının təsnifat mərhələsinin qalibləri müəyyənləşib.

525.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, yarışda 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparıb.
 
Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilib.
 
Pilotlar yarışda “BMW Z4”, “Audi R8LMS Ultra”, “Mercedes SLS AMG GT3”, “McLaren MP4-12C”, “Lamborghini LFII”, “Porsche 997 GT3”, “Aston Martin Vantage GT3” və “Corvette Z06 G” avtomobillərini idarə ediblər.
 
Təsnifat mərhələsində pilotlar Stefan Riçelminin və Stefan Ortellinin təmsil etdikləri Belçikanın “Audi Club” komandası birinci olub. “Audi Club”un digər kollektivi - pilotlar Sezar Ramos və Laurens Vanthur finiş xəttini ikinci keçiblər. Avstriyanın “Grasser Racing” komandasının pilotları - Hari Proczik və Jeroen Blikemolen isə yarışda üçüncü yerdə qərarlaşıblar.
 
Təsnifat mərhələsində ilk üç yeri tutan komandalar finalda ön sırada çıxış edəcəklər.
 
Qalib komanda 100 min avro qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro pul mükafatı təqdim olunacaq.
 
“Baku World Challenge” dünyanın 175-dək ölkəsinin televiziya kanalında nümayiş etdiriləcək.
 
Ötən il təşkil olunan yarışda Belçikanın “Audi Club” komandasının pilotu Laurens Vantur “Audi R8” avtomobili ilə qalib olmuşdu. Fransanın “Hexis Racing” komandasının pilotu Kevin Estre “McLaren” avtomobili ilə finişi ikinci, Almaniyanın “HTP Gravity Charouz” komandasının pilotu Alon Day isə üçüncü keçmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.