https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Şensnını "Barselona"ya keçməyə kim inandırıb?

Şensnını "Barselona"ya keçməyə kim inandırıb?

Polşalı qapıçı Voyçex Şensnı “Barselona”ya keçidində kimin böyük rol oynadığını açıqlayıb. 

QOL.az xəbər verir ki, 34 yaşlı futbolçu Kataloniya klubunun saytına açıqlamasında həmin insanın həmyerlisi Robert Levandovskinin olduğunu qeyd edib: “Robert ilk adam idi ki, zəng edib keçidimin mümkün olması haqda soruşdu. O məni inandırdı, çünki mən bilmirdim, yeni sınağa hazıram ya yox. Daha sonra ailəm və dostlarımla danışdım. Hamı mənə dedi ki, təklifdən imtina etsəm, ağılsızlıq edərəm. Robert keçidimdə böyük rol oynadı, çünki o məni inandırmağa çalışan ilk adam idi. Bu qərarımla qürur duyuram”. 

Qeyd edək ki, Voyçex Şensnı bu gün “Barselona” ilə 2025-ci ilə qədər müqavilə imzalayıb. O, bu yay karyerasını bitirməsinə baxmayaraq, Kataloniya klubunun qapıçısı Mark-Andre Ter Ştegen zədələndikdən sonra “Barselona”nın təklifini qəbul edib. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.