https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Kloppun yeni iş yeri bilindi

Kloppun yeni iş yeri bilindi

Bu yay "Liverpul"dan ayrılan Yurgen Kloppun yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. Almaniyalı mütəxəssis "Red Bull"da futbol rəhbəri olacaq.

57 yaşlı məşqçi "Red Bull" şirkətinin "Leyptsiq", "Zalsburq", "Nyu York Red Bulls" və digər komandalarının inkişaf strategiyasına cavabdeh olacaq. Klopp 2025-ci il yanvarın 1-də işə başlayacaq.

Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabr ayından rəhbərlik etdiyi "Liverpul"dan bu yay ayrılıb. O, "mersisaydlılar"la 1 dəfə Premyer Liqanın, 1 dəfə İngiltərə Kubokunun, 1 dəfə ölkə superkubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə UEFA Superkubokunun qalibi olub. Həmçinin Klopp 2 dəfə İngiltərə liqa kubokunu qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.