|
|
|
|

Braziliya millisinin və "Liverpul"un qapıçısı Alisson Beker 2 ay yaşıl meydanlardan uzaqda qalacaq.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Qolkiper noyabrdan tez meydana qayıda bilməyəcək.
32 yaşlı futbolçu Premyer Liqanın 7-ci turunda "Kristal Pelas"la matçda (1:0) sıradan çıxmışdı.
Alisson İngiltərə çempionatında "Liverpul"un "Çelsi", "Arsenal", "Brayton" və "Aston Villa"ya qarşı matçlarını, eləcə də Çempionlar Liqasında "Leyptsiq" və "Bayer"lə görüşlərini buraxacaq.



