https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Santuşdan Emin Mahmudovla bağlı açıqlama

Santuşdan Emin Mahmudovla bağlı açıqlama

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş kapitan Emin Mahmudovla bağlı açıqlama verib. 

QOL.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının 3-cü turunda sabah Tallində keçiriləcək Estoniya ilə oyun üçün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Həmçinin oxuyun: "Əsas odur ki, futbolçular Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar" - Fernandu Santuş

Mütəxəssis Emin Mahmudovun "Neftçi"nin heyətində son 3 oyuna çıxmadığına görə heç bir problemin olmadığını qeyd edib: "Ciddi bir problem hiss etməmişəm. Əhval-ruhiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar". 

F. Santuş "Emin Mahmudov əsas heyətdə çıxmasa, kapitan kim olacaq?" sualına belə cavab verib: "Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün". 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.