https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

"Real"da Ançelotti böhranı

"Real"da Ançelotti böhranı


"Real"ın baş məşqçisi Karlo Ançelotti komandadakı gücünü tədricən itirir.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 

“Kral klubu”nun futbolçuları hazırda komanda oyunundan daha çox fərdi oyuna kökləniblər. Mövsümün əvvəlində klubun  gözlənilən nəticələri qazanmaması səbəbindən Ançelottinin böyük təzyiq altında olduğu vurğulanır.

İspaniya La Liqasının 9 turundan sonra "Real" 21 xal toplayıb və lider "Barselona"dan 3 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Çempionlar Liqasının ümumi mərhələsinin iki turundan sonra isə komanda 3 xal qazanıb və ümumi sıralamada  23-cü yerdədir.

Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Real"ın baş məşqçisidir. O, 2013-2015-ci illərdə də Madrid təmsilçisinə rəhbərlik edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.