https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg Bölgələrdə teatr: unudulmuş səhnələrin səssiz harayı - Şahanə Müşfiq yazır
https://525.az/img/pics/medium/2025-06/356507_0cilbo4gjh.jpg “525-ci qəzet”in 18 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-06/356390_m1yllx43rv.jpg Ermənistan Araz çayını və ətraf əraziləri ekoloji fəlakətə məruz qoyub
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti - Tel­man Oru­cov yazır
search
17 İyun 2025

"15 saatdır hava limanında ilişib qalmışıq..."

"15 saatdır hava limanında ilişib qalmışıq..."


Nigeriya millisinin və "Fənərbaxça"nın futbolçusu Brayt Osayi-Samuel xoşagəlməz halla üzləşib.

QOL.az xəbər verir ki, o, yığma komandası ilə birlikdə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liviya ilə matç üçün sözügedən ölkəyə yollanıb. Lakin Osayi-Samuel heç bir sağlamlıq və təhlükəsizlik zəmanəti olmadığı halda, komanda yolaşları ilə Liviyada hava limanında 15 saat qalıb. 

Bu barədə 26 yaşlı vinger sosial şəbəkə hesablarında paylaşım edib. O, belə hadisənin yaşanmasına görə Afrika Futbol Federasiyasını tənqid edib: "15 saat ərzində sağlamlıq və təhlükəsizlik təminatım olmadan Liviyadakı hansısa hava limanında qalmışıq. Afrika Futbol Federasiyası bundan daha yaxıısını bacara bilərdi". 

Nigeriya Futbol Federasiyası bu məsləyə görə Liviya ilə oyuna çıxmamaq qərarını verib. 

Yığmanın "Qalatasaray"da çıxış edən futbolçusu Viktor Osimhen də bu hadisəyə səssiz qalmayıb. O, sosial şəbəkə hesablarındakı paylaşımında yazıb: "Ötən gecə Liviya hava limanında qardaşlarımın və məşqçilərimizin məruz qaldığı haqsız rəftara görə məyus oldum. Bu cür hərəkətlər idman prinsiplərinə ziddir. Komandama dəstəyəm və onların belə şeylərə rəğmən güclü qalacaqlarını bilirəm". 

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.