https://525.az/img/pics/medium/2025-07/358858_kzuqdlby0q.jpg "Tələbələrin köçürülməsi faydalı və inkişafa yönələn olmalıdır"
https://525.az/img/pics/medium/2025-07/358813_jsngglgzel.jpg Azərbaycan təbabətinin görkəmli siması - Akademik Mustafa Topçubaşov-130
https://525.az/img/pics/medium/2025-07/358812_93mx58iuhh.jpg Dörd yarpaq - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2025-07/358814_qrnz0tnhak.jpg Çağdaş etnomusiqişünaslıq üçün zəngin mənbə
search
11 İyul 2025

Avropanın 37 liqası təqvimin artmasından təngə gəldi

Avropanın 37 liqası təqvimin artmasından təngə gəldi

Avropanın 37 liqası Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) ilə birlikdə FIFA-nı məhkəməyə verib.

QOL.az "ESPN"ə istinadən xəbər verir ki, bununla bağlı şikayət sənədi Brüsseldə yerləşən Avropa Komissiyasına ünvanlanıb.

Şikayət oyun təqviminin artması ilə əlaqədardır. Bu mövzu son aylar çox aktuallaşıb. Hətta ötən ay "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri bildirmişdi ki, oyunçular bu məsələyə etiraz olaraq tətil etməyə yaxındır.

Avropa Komissiyasına göndərilən sənəddə qeyd edilib ki, dünya futbolunun rəhbər orqanı olan FİFA turnir təşkilatçısı kimi səlahiyyətlərindən sui-istifadə edir və oyunçuların rifahı ilə maraqlanmır.

Bu, əmək qanunları və oyunçuların məzuniyyət hüququnun tapdanmasdır. Şikayətdə əsas tələblərdən biri futbolçuların məcburi istirahətinin bərpa olunmasıdır. Klublar il ərzində futbolçulara üç-dörd həftə fasilə verilməsini istəyir.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.