https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar

Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar

Azərbaycan təmsilçiləri avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində bu gün daha 13 medal qazanmaqla yarışı 24 medalla başa vurublar.

525.az xəbər verir ki, Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində qızıl medal əldə ediblər.

Onlar akademik avarçəkmə üzrə 1500 məsafəyə yarışda fərqləniblər.

Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş mükafat əldə edib.

2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov - Emil Zeynalov dueti gümüş, Qiyas Əhmədov - Sübhan Həsənov tandemi isə bürünc medala yiyələniblər.

Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev - Cahangir Məmmədli, Sabit Abdullayev - Fikrət Həsənov, Məhəmməd Niftullayev - Neymət Həsənov cütlükləri müvafiq olaraq ilk üç yeri tutublar.

200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobyanski - Hüseyn Həsənov və Vacib Babayev - Şahin İsayev duetləri gümüş medallar qazanıblar.

İbrahim Məmmədzadə - Elmir Tarverdiyev (2010-2011) tandemi kayakda üçüncü olub.

1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov - Raul Şamilov gümüş, Yusif Əliyev - Ruslan Fərəcov bürünc mükafat qazanıblar.

Qeyd edək ki, daha əvvəl idmançılarımız reqatada 11 mükafat əldə ediblər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.