https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
search
3 İyul 2026

"Qarabağ" uduzdu

"Qarabağ" uduzdu
Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib.

525.az-ın Qol.Az saytına istinadən verdiyi xəbərə görə, ölkəmizi qitə miqyaslı yarışlarda təmsil edən “Qarabağ” da IV turda meydana çıxıb.
 
F qrupunda mübarizə aparan Ağdam klubu ikinci ev oyununu keçirib. Qurban Qurbanovun yetirmələri 2 həftə əvvəl Kiyevdə minimal (0:1) hesabla məğlub etdikləri “Dnepr”lə münasibətlərinə aydınlıq gətirib.
 
Azərbaycan çempionu 15-ci dəqiqədə Nikola Kaliniçin fərqlənməsindən sonra hesabda geri düşüb. 36-cı dəqiqədə Leroy Corc hesabda tarazlıq yaradıb və təmsilçimiz fasiləyə heç-heçə (1:1) ilə yollanıb. Təəssüf ki, “Qarabağ” qələbə topunu vura bilməyib və əvəzində, qonaqlar qapıçımız İbrahim Şehiçi cəzalandırıb. Yenə xorvatiyalı hücumçu adını tabloya yazdırıb.
 
Beləliklə, Bakıda “Dnepr”ə 2:1 hesabı ilə uduzan “Qarabağ” qrupda 2-ci məğlubiyyəti ilə üzləşib.
 
Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu Fransa “Sent-Etyen”inə qarşı keçirib. Ağdam klubu Bakıda “yaşıllar”la qolsuz heç-heçəyə razılaşıb. Səfərdə İtaliya “İnter”inə uduzan (2:0) komandamız yeganə qələbəsini “Dnepr” üzərində əldə edib.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.