https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
https://525.az/img/pics/medium/2026-07/396244_ycsotk5yon.jpg Vahid günəş hadisəsi - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2026-07/396238_yiwstmwktv.jpg "Zirvədən görünən ömür"
search
3 İyul 2026

Qurban Qurbanovdan ukraynalı jurnalistə "xüsusi" cavab

Qurban Qurbanovdan ukraynalı jurnalistə "xüsusi" cavab
"Qarabağ"ın Ukrayna "Dnepr"i ilə keçirdiyi Avropa Liqası matçından sonra mətbuat konfransında maraqlı olay yaşanıb.

Lent.az-ın sportnet.az-a istinadən verdiyi məlumata görə, ukraynalı jurnalistlərdən biri Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovdan rusca danışmamasının səbəbini soruşub. "Siz Rusiya çempionatında oynamısınız, rusca bilirsiniz. Bu halda niyə mətbuat konfransında rusca danışmırsınız?" deyə sual verən mətbuat işçisinə 42 yaşlı mütəxəssis "Bizim öz mentalitetimiz var. Mətbuat konfransında azərbaycanca danışırıq və tərcüməçimiz də ruscaya çevirir. Mənim rusca danışmağımı istəyirsinizsə, bu tədbirdən sonra sizə vaxt ayıra bilərəm".

Qurbanovun bu sözləri zalda alqışlarla qarşılanıb.

Qeyd edək ki, "Dnepr"in baş məşqçisi Miron Markeviç ukraynalı olsa da, mətbuat konfransında rusca danışmağa üstünlük verib. Halbuki hazırda Ukrayna və Rusiyanın münasibətləri elə də qaydasında deyil. 
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.