|
|
|
|

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynada münaqişə bitdikdən sonra bu ölkəyə sülhməramlılar göndərməlidirlər.
525.az xəbər verir ki, bunu Politico nəşrinə ABŞ-ın Yaponiyadakı keçmiş səfiri, Amerikanın Hadson İnstitutunun eksperti Kennet Vaynşteyn deyib.
“Avropa hökumətləri üçün Ukraynaya ciddi təhlükəsizlik təminatları verməsi son dərəcə vacibdir. Əgər Ukrayna ilə Rusiya arasında hərbisizləşdirilmiş zona yaradılarsa, mən təklif edərdim ki, orada NATO və ya ABŞ hərbçiləri deyil, tam olaraq Aİ-nin qoşunları yerləşdirilsin. Bu, aydın mesaj göndərəcək”, - ekspert əlavə edib.
Vaynştenin fikrincə, bu yolla Avropa Ukraynanı qorumaq üçün ciddi risklərə getməyə hazır olduğunu göstərəcək.
Nəşr Avropa Xalq Partiyasından olan adı açıqlanmayan Avropa Parlamentinin deputatının Ukraynadakı avropalı sülhməramlılar məsələsinin münaqişə bitdikdən sonra mütləq ortaya çıxacağı ilə razılaşan bəyanatına da istinad edib.
2024-cü ilin əvvəlində Qərb münaqişə bitənə qədər NATO və ya Avropa İttifaqından qoşunların Ukrayna ərazisinə göndərilməsi ideyasını səsləndirdi. Xüsusən də Fransa prezidenti Emmanuel Makron bu ehtimaldan bir neçə dəfə danışıb.
Lakin bir sıra ölkələrdə, o cümlədən ABŞ, Almaniya və Böyük Britaniyada onun sözləri dəstəklənməyib. Kreml rəsmisi Dmitri Peskov hələ mayda belə söhbətləri çox təhlükəli adlandır.
Pərvanə Sultanova



