|
|
|
|

Kazanda keçiriləcək BRICS-in sammitində 40-a yaxın ölkədən nümayəndə iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Sammitin son günündə qırxa yaxın ölkənin nümayəndələrinin iştirakı ilə “BRICS plus” formatında görüş keçiriləcək. Onların arasında MDB ölkələrinin rəhbərləri, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasının bir çox ölkələrinin nümayəndə heyətləri var”, - açıqlamada vurğulanıb.
Qeyd olunub ki, görüşlərdə ölkə rəhbərləri ilə yanaşı, bir sıra beynəlxalq təşkilatların icra strukturlarının rəhbərləri də iştirak edəcəklər. Sammitdə yeni “tərəfdaş dövlətlər” kateqoriyasının yaradılması yolu ilə BRICS-in mümkün genişlənməsi müzakirə olunacaq. Bundan əlavə, görüşlərdə mühüm beynəlxalq məsələlər müzakirə olunacaq, Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə və BRICS-ə üzv ölkələrlə Qlobal Cənub dövlətlərinin davamlı inkişaf maraqları naminə birgə fəaliyyətinə diqqət yetiriləcək. Rusiya prezidenti Vladimir Putin sammitə gələcək demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Pərvanə Sultanova



