|
|
|
|

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Ukraynaya əsirlərin mübadiləsində yardım göstərməkdə davam edir.
525.az xəbər verir ki, bu barədə BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Moskvada Rusiya lideri Vladimir Putinlə danışıqlarda bildirib.
O deyib ki, BƏƏ humanitar məsələlər, o cümlədən Rusiya Federasiyası ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə vasitəçilik səylərini davam etdirir: “Keçən gün daha bir mübadiləmiz oldu. Sizi əmin edirəm ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - prezident bildirib.
Məhəmməd bin Zayed Əl Nəhyan deyib ki, BƏƏ dünyada sülh naminə bu istiqamətdə böhranların və münaqişələrin həlli üçün hər cür səy göstərməyə hazırdır.
Pərvanə Sultanova



