|
|
|
|

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə televiziyasının efirində bildirib ki, İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü ilə əlaqədar Moskvada keçiriləcək paradda iştirak etmək onun üçün böyük şərəf olacaq.
525.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunur ki, Vuçiç Belqradın faşistlərdən azad edilməsinin 80 illiyi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Moskvaya gəlmək arzusunda olduğunu bildirib.
“Bu, Moskvanın Qırmızı Meydanında İkinci Dünya müharibəsindən sonra keçiriləcək ən böyük tədbir olacaq”, - deyə Vuçiç bildirib.
Xatırladaq ki, bu, son 2 il yarımda Putinin serbiyalı həmkarı ilə ilk telefon danışığı idi. Tərəflər beynəlxalq gündəliyi müzakirə ediblər.
İbrahim Cəfərov



