|
|
|
|

Ağ evin keçmiş sahibi Donald Tramp ABŞ prezidentliyinə seçkilərdə favoritdir.
525.az xəbər verir ki, bu barədə həftəlik “The Economist” nəşri məlumat yayıb. Son iki ayda seçkilərdə Kamala Harrisin qələbəsini proqnozlaşdıran nəşr artıq Trampın favorit olduğunu açıqlayıb.
Nəşrin hesablamalarına görə, Tramp 276 seçici səsinə arxalana bilər, Harris isə cəmi 262 səs toplayacaq. Sabiq dövlət başçısının qələbə şansı 54 faiz olaraq dəyərləndirilir. Halbuki oktyabrın 18-də Trampın qələbə şansı 46 faiz göstərilirdi.
Donald Trampın populyarlığı əksər, xüsusən də seçkinin taleyini həll edəcək əsas ştatlarda durmadan artır. Ekspertlər sabiq dövlət başçısının qələbəsini həm də kimə səs verəcəyinə hələ də qərar verməyən seçicilərin sayının azalması ilə əlaqələndirirlər.
İbrahim Cəfərov



