|
|
|
|

Vyetnam parlamenti ölkənin yeni prezidentini seçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 440 deputat general Lıonq Kıonqa səs verib.
Əvvəlki prezident To Lam Vyetnam Kommunist partiyasına rəhbərlik edəcək.
Qeyd edək ki, 67 yaşlı Lıonq Kıonq 1975-ci ildən Vyetnam ordusunda xidmət edir. General prezident seçilənədək bir çox yüksək vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri Baş Siyasi İdarənin sədri olub.
L.Tağıyeva



