|
|
|
|

ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailə gəlib.
525.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bu, Dövlət Departamenti rəhbərinin Yaxın Şərqə sayca 11-ci səfəridir.
Blinkenin səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və prezident İshak Hersoqla görüşəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl Dövlət Departamentinin sözçüsü Mettyu Miller Entoni Blinkenin 21-25 oktyabr tarixlərində Yaxın Şərqdə səfərdə olacağını bildirmişdi.
İbrahim Cəfərov



