|
|
|
|

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə amerikalı xristianların səsini qazanmaq üçün bildirib ki, Pensilvaniyadakı sui-qəsd cəhdi zamanı “Allah onu müəyyən məqsəd üçün xilas edib”.
525.az “The Guardian”a istinadən xəbər verir ki, Şimali Karolinada keçirilən dini tədbir zamanı o, vitse-prezident Kamala Harrisin komandasını dini azadlıqları məhdudlaşdırmaqda ittiham edib.
Tramp çıxışında bu yay ona qarşı sui-qəsd cəhdini xatırladıb. O, xristian mühafizəkarları arasında geniş yayılmış fikrə əsaslanıb ki, ilahi müdaxilə sayəsində sağ qalıb.
“İyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində mənim imanım yeni məna qazandı. Ayağımdan vurularkən orada fövqəltəbii əl məni xilas etdi. Düşünmək istərdim ki, Allah məni ölkəmizi əvvəlkindən də irəli aparmaq üçün xilas edib”, - deyə keçmiş prezident bildirib.
Xatırladaq ki, buna qədər Trampa qarşı iki dəfə sui-qəsd cəhdi olub. Sabiq prezidentin haqqında söz açdığı hadisə iyulun 13-də Pensilvaniyada baş verib. Sentyabrın 15-də isə Trampın qolf-klubunda ona qarşı ikinci dəfə sui-qəsd cəhdi olub.
İbrahim Cəfərov



