|
|
|
|

2022-ci ilin fevralında Rusiya ilə başlayan münaqişədən sonra Ukrayna əhalisi 10 milyon nəfər azalıb.
525.az xəbər verir ki, bu barədə Cenevrədə keçirdiyi brifinqdə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer məlumat verib.
O, əhalinin azalmasının bir sıra faktlarla əlaqələndirib: “Birincisi, insanların əhəmiyyətli bir hissəsi ölkəni tərk edib, ikincisi əhali qocalır, gənclər isə başqa yerlərdə fürsət axtarır və gedirlər. Ümumiyyətlə, biz Ukrayna əhalisinin 10 milyondan çox azaldığını görürük”.
Bundan əvvəl, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin gənc əhalisinin xaricə axını mövcuddur.
Ukrayna hökuməti isə bu günlərdə bəyan edib ki, 2051-ci ilə qədər ölkə əhalisi 25,2 milyon nəfərə qədər azala bilər. 2020-ci ilə qədər Ukraynada 44 milyondan çox insan yaşayırdı.
Pərvanə Sultanova



