|
|
|
|

Qərbin Gürcüstana qarşı sanksiyaları qərəzli məlumatlara əsaslanan şantaj idi və bu, yalnız əks nəticə verdi.
525.az xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili deyib.
O bildirib ki, bu il “Xarici agentlər” haqqında qanunun qəbulundan sonra Aİ və ABŞ Gürcüstandan uzaqlaşmağa başladılar, hökumətə yardımın bir hissəsi donduruldu və ölkənin Aİ-yə inteqrasiyası dayandırıldı. ABŞ bəzi Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq edib. Bütün bunlar qeyd edildiyi kimi, yalnız başlanğıcdır.
İvanişvili əlavə edib ki, cəmiyyəti daha çox yersiz və çox tez-tez obyektivlikdən kənara çıxan bəyanatlar qıcıqlandırır: “Bu işləmir və işləməyəcək. Onların istədikləri, məncə, əks nəticəyə gətirib çıxardı”.
Bundan sonra nələrin gözləyəcəyinə gəlincə, İvanişvili deyib ki, şəxsən o, artıq heç bir sanksiya gözləmir: “Düşünürəm ki, onların edə bildikləri və etmək istədikləri tükəndi, alınmadı... Bütün bunlar elementar səbəblərdən əks nəticə verdi, çünki bu, qərəzli məlumatlara əsaslanan hər cür şantaj idi. Bu bəyanatlar mahiyyətcə şantajdır və koordinasiya hazırkı müxalifətin mənsub olduğu “qlobal müharibə partiyası” tərəfindən həyata keçirilir. Nəticə vermədi, əksinə, bölgələrə gedəndə gördüyüm daha böyük səfərbərlikdir, ictimaiyyət də xəbərdardır”.
Pərvanə Sultanova



