|
|
|
|

BRICS-in 16-cı sammitində iştirak etmək üçün Kazana gələn Çin Xalq Respublikasının Sədri Si Cinpinin təyyarəsini Rusiya qırıcıları müşayiət edib.
525.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Rusiya qırıcıları müşayiətçi qismində Çin təyyarəsinin yanında uçublar. Təyyarənin illüminatorundan çəkilmiş fotoları Çinin “Chinanews” nəşri yayımlayıb.
Xatırladaq ki, BRICS-in 16-cı sammiti 22-24 oktyabr tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək. Tədbirdə Si Cinpinlə yanaşı, Hindistan, BƏƏ, CAR, Misir, İran və digər ölkələrin liderləri iştirak edəcək.
İbrahim Cəfərov






