|
|
|
|

Uelsdə iki sərnişin qatarı toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 19:29-da Llandbrinmer kəndi yaxınlığında baş verib.
Qəza nəticəsində 16 sərnişin xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan biri həkimlərin səyinə baxmayaraq, vəfat edib.
Digər sərnişinlərin vəziyyəti normaldır.
L.Tağıyeva



