|
|
|
|

Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə seçkilərdə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.
“Mən bütün vətəndaşlara, siyasi baxışlarından asılı olmayaraq, müraciət edirəm: nə baş verməsindən asılı olmayaraq, şəxsiyyət vəsiqələrinizi heç kimə verməyin. Həm iştirakınıza, həm də seçiminizə görə hər birinizi məsuliyyət daşımağa çağırıram!”, - deyə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.
Əvvəllər Mdinaradze bəzi müxalifət qüvvələrinin qarşıdakı seçkiləri nüfuzdan salmaq üçün konkret addımlar atmaq niyyətində olduqlarını, o cümlədən verifikasiya və səslərin sayılması aparatlarını zədələmək və saxta “karusel” imitasiyası etmək planlarının olduğunu bildirmişdi.



