|
|
|
|

Nigerdə fransız müstəmləkə dövrünə aid küçə və meydanların adları dəyişdirilərək Afrika tarixi şəxsiyyətlərinin adları ilə dəyişdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Gənclər və Mədəniyyət Nazirliyinin verdiyi qərarla paytaxt Niameydə bir çox küçə və meydanların adı dəyişdirilib.
Gənclər və Mədəniyyət naziri Amadou Abdurahaman deyib ki, başda Niamey olmaqla bir çox şəhərlərdə küçə və meydan müstəmləkəçilik dövründə insanların çəkdiyi ağrı və iztirabları xatırladan adlar daşıyır.
Buna uyğun olaraq, keçmiş Fransa prezidenti "Şarl de Qoll"un adını daşıyan meydana Nigerin müstəqilliyində mühüm rol oynayan adlardan biri olan "Djibo Bakari" adı verilib.
Həmçinin Niameydə fransız komandiri Parfait-Lui Monteilin daş divara həkk olunmuş portreti çıxarılaraq yerinə Burkina Fasonun əfsanəvi lideri Tomas Sankaranın portreti qoyulub.
“Frankofoniya Meydanı”nın adı da Burkina Faso, Niger və Mali tərəfindən yaradılan “Sahel Dövlətlər Alyansı Meydanı” olaraq dəyişdirilib.
Qeyd edək ki, Nigerdə 1961-ci ildə fransız bəstəkarı Maurice Albert Thiriet tərəfindən yazılmış "La Nigerienne" milli himni əvəzinə 2023-cü ildən bəri ölkənin "Vətən şərəfinə (Pour l'honneur de la Patrie)" adlı himni səslənir.
Malik Atilay



